Dünya 16:15 09.01.2024

Fransada 34 yaşlı baş nazir - Tarixın ən gənc hökumət rəhbəri oldu

Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı, yanvarın 9-da 34 yaşlı təhsil naziri Qabriel Attalı ölkənin yeni baş naziri təyin edib.

Qaynarinfo xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

"Reuters" yazır ki, koronavirus pandemiyası zamanı hökumət sözçüsü kimi şöhrət qazanan Attal Makronun yaxın müttəfiqidir və son sorğulara görə ən populyar Fransa siyasətçilərindən biridir.

O, 1958-ci ildə Fransada Beşinci Respublika qurulandan bəri ən gənc baş nazir və vəzifədə olan ilk açıq geydir. 

Xatırladaq ki, yanvarın 8-də 2022-ci ilin mayından hökumətə rəhbərlik edən 62 yaşlı Elizabet Born Fransanın baş naziri postundan istefa verib.
Media yazır ki, bu cür dəyişikliklər Makronun ötənilki qeyri-populyar pensiya və immiqrasiya islahatlarından kənara çıxmaq istəyindən və iyunda keçiriləcək Avropa Parlamenti seçkilərində partiyasının şansını artırmaq cəhdindən xəbər verir.

Nizami Bağırov