Xəbər lenti

FSB-nin “uğurlu” əməliyyatı əslində Ukrayna kəşfiyyatının oyunu imiş (FOTO)
Dünya 18:36 25.07.2022

FSB-nin “uğurlu” əməliyyatı əslində Ukrayna kəşfiyyatının oyunu imiş (FOTO)

FSB "Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozevi Rusiya hərbi təyyarələrini qaçırmaq üçün əməliyyat planlaşdırması müqabilində Ukrayna kəşfiyyatına kömək etməkdə ittiham edib.

Bununla belə, Qrozev özü "Twitter”də yazı dərc edərək, nəşrin bütün zamanların "ən axmaq" kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarından birini izlədiyini bildirib.

Onun sözlərinə görə, əslində bu əməliyyat FSB-nin böyük səhvi olub, onlarla kəşfiyyatçının kimliyini, eləcə də iş üsullarını və məxfi aktivlərini üzə çıxarıb. O, 2020-ci ildə Belarusda 33 "vaqnerçi”nin saxlanıldığını xatırladıb və əlavə edib ki, Rusiya Ukraynanı işğal edəndə bəzi ukraynalı əməliyyatçılar sxemi təkrarlamaq, pilotları şirnikləndirmək və onları təslim olmağa məcbur etmək qərarına gəliblər. Ukraynalı əməliyyatçılar belə bir təkliflə rus pilotlarına müraciət ediblər, Qrozevin komandası bundan xəbər tutub və "əməliyyat” haqqında sənədli film çəkmək qərarına gəlib.



O, iddia edir ki, bir neçə rus hərbi pilotu hətta təyyarələrin içindən "girişin təsdiqlənməsi” videoları göndərib. Qrozev qeyd edib ki, FSB indi bu videoları "sızma” kimi təqdim edir, pilot kabininin şəklini bulandırır.
 

 
Bundan sonra ukraynalı xüsusi-xidmət orqanları əməkdaşları və pilotlar arasında "danışıqlar” başlayıb, pilotlar gözlənildiyi kimi artıq öz adları ilə deyil, FSB hərbi əks-kəşfiyyat zabitlərinin köməyi ilə danışıqlar aparıblar.



"FSB-nin əməliyyata müdaxilə etdiyinə dair açıq bir işarə, pilotlardan biri qəfildən ölkədən həyat yoldaşını deyil, "məşuqəsini" çıxarmaq istədiyini söylədikdə ortaya çıxdı. Onun "məşuqəsinin” FSB agenti olduğunu, gün ərzində fitnes məşqçisi, qalan vaxtlarda isə "kirayəlik” məşuqə fəaliyyəti göstərdiyini müəyyən etmək üçün bizə təxminən üç dəqiqə vaxt lazım oldu”.

 

Jurnalistlər həmçinin öyrəniblər ki, pilotun "məşuqəsi” ukraynalılarla "danışıqlar” zamanı onun FSB əks-kəşfiyyat üzrə kuratoru mayor Yevgeni Kaşlaçla danışıqlar aparıb.
Beləliklə, orijinal əməliyyat ikiqat "əməliyyat oyununa" çevrildi, burada hər iki tərəf mümkün qədər çox dezinformasiya ötürməyə və bir-biri haqqında mümkün qədər çox məlumat əldə etməyə çalışırdı. Ukraynalılar "pilotlara" - FSB əməkdaşlarına öz hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinin saxta xəritələri, uçuş-enmə zolaqları haqqında dezinformasiyalar ötürüblər.

Qrozev yekunlaşdırır ki, FSB təklif olunan görüşlərin heç birinə heç kimin gəlməyəcəyini başa düşdükdə əməliyyat başa çatıb.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->