Xəbər lenti

Gələcəyi Nostradamusdan daha yaxşı bilən cizgi filmi (FOTOLAR)
Dünya09:38 23.10.2017

Gələcəyi Nostradamusdan daha yaxşı bilən cizgi filmi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Simpson" cizgi filmi artıq 10 ildir ki, öz məşhurluğunu və aktuallığını itirmir. 
28 il, 29 mövsüm, 600-dən çox seriya. Təəccüblü deyil ki, dünyada milyonlarla insan Qomer, Marj, Bartom, Liza və Meqqi ilə tanışdır. 
"Simpson"lar efirə getdiyi vaxtdan dövrün aktual probleminə toxunur və elə buna görə də seriala tarixi xronika kimi baxmaq olar. 
Serialın müəllifləri bəzən gələcək haqqında çox düzgün xəbər verirlər və bunlar da həqiqətə çevrilir.
1. Doanld Trampın prezident seçilməsi
Hələ bir neçə il bundan əvvəl Tramp maraqlı görünüşü və narsistliyi ilə komediyanların ən sevimli hədəflərindən biri idi. 10 il bundan əvvəl "Simpson"ların bir seriyasında Bart Lizanın Donald Trampdan sonra prezident olduğu gələcəyə səyahət edir. Liza qeyd edir ki, Tramp ölkəni müflis edib.
16 il sonra Donald Tramp Ağ evdə Obamanı əvəz edir. Bəlkə "Simpson"ları daha diqqətli izləmək lazımdır?
2. Yunanıstanda iqtisadi böhran
5 il bundan əvvəl çıxan seriyada Qomer Simpson xəbərlər verlişində iştirakı zamanı, ekranın aşağı hissəsində gedən xəbər də belə bir yazı olur: Avropa Yunanısatanı Ebayda satışa çıxarır.
Bundan 3 il keçmədi ki, Yunanıstanda iqtisadi böhran başladı.
3. İqtisadiyyat üzrə Nobel mükafatı Bengt Holmströmə verildi.
2010-cu ildə "Simpson"lar Bengt Holmströmü Nobel mükafatı alanların arasında göstərir. 
6 il keçəndən sonra iqtisadçı Nobel mükafatını aldı.
4. Ağ şirin Roy Xorna hücumu.
1993-cü ildə çıxan"Simpson"un serialarının birində böyük ağ şir məşhur təlimçisyə hücum edir.
 10 il keçəndən sonra Ziqfrid və Roy öz ağ şirlərinin hücumuna məruz qalır.
5. 2014-cü ildə Dünya Kubokunda Almaniyanın Brzailiya üzərində qələbəsi.
2014-cü il də seriyaların birində FİFA-da olan korrupsiyadan və Almaniyanın Braziliya üzərində qələbəsindən danışılır.
Bir neçə ay sonra Almaniya kuboku qazanır və Dünya Futbol Federsasiyasının adı rüşvətxorluqda hallanır. 
6. Ledi Qaqa "Superbul"da.
"Simpson"lar həm də aktyor, müğənni, idmançı və s. Məşhur adamları cizgi filmində göstərməklə də şöhrət tapıb. Məsələn, Ledi Qaqanı göydən asılı vəziyyətdə göstərmişdi. 
2017-ci ildə ledi Qaqa "Superboul"da göydən asılı vəziyyətdə çıxış etmişdir. 
7. "Guitar Hero" (Gitara qəhrəmanı) qrupu.
Ən yaxşı seriayalrın birində "The Rolling Stones" peyda olur. Mik Jaqqer və Kit Riçards Qomerə üzərində "Guitar Hero" yazısı olan gödəkçə hədiyyə edirlər. 
Bir neçə ildən sonra eyni ilə bu adda bütün dünyanın marağına səbəb olan video oyun yaranır.
8. "The Rolling Stones"in ölümsüzlüyü
"The Rolling Sones" qrupu artıq neçə 10 illikdir mövcuddur və hələ də öz məşhurluğunu qoruyur. Lakin 22 il bundan əvvəl bunu heç kim bilmirdi.
1995-ci ildə çıxan seriyada Liza həyat yoldaşı ilə çarpayıda uzanıb və arxada qrupun 2010-cu ildə mövcud olan posteri var. 
9. 2014-cü il Dünya Kubokunda Neymarın aldığı zədə.
Neymar dünyanın ən yaxşı futbolçularından biridir. O çox az hallarda qaydaları pozur və oyun zamanı zədə alır. "Simpson"ların bir seriyasında uydurlmuş  El Divo adlı futbolçu oyun zamanı aldığı travmadan oyuna çıxa bilmir. 
Cəmi 4 ay sonra Kolumbiya ilə oyun zamanı Neymar eyni travmanı alır. Hətta onlar eyni rəngli futbolka geyinirlər.
10. ABŞ-n Milli Təhlükəsizlik Nazirliyində cəsusluq.
Xüsusi xidmətçilər də "Simpson"ların nəzərindən qaçmayıb. Seriaların birində Amerika hökumətinin sadə vətəndaşların telefon danışıqlarını dinlədiyi haqqında məlumat verilir. 
6 il sonra Edvard Snouden ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının vətəndaşların telefon danışıqlarını dinlədiyi haqqında bəyanat verir.
 
11. Trampın Səudiyyə Ərəbistanına səfəri.
Bəzən "Simpson"ların verdiyi məlumatlar öz düzgünlüyü ilə insanı qorxudur. Misal üçün, serialların birində o nəyin ki, Trampın prezidentliyi haqqında həm də onun Yunanıstan Və Səudiyyə ərəbistanı ilə olan əməkdaşlığından da xəbər verir. 
14 il sonra bu reallaşdı. 
12. Avtomatik tənzimləmə problemi.
Müasir telefonlarda avtokorrektoru nə qədər tənimzləslər də, yenə problem yaradır. "Simpson"lar bunu artıq 1994-cü ildə bilirdi Dolf Starbimin istifadə etdiyi cihazın üzərində Ayfonun loqosu var və avtokorrektor ona yazmağa mane olur. 
Problem bu gün də öz həllini tapmayıb.
13. Ebola epidemiyası.
1997-ci ildə mıxan seriydad Marj Barta üçün hekayə oxuyur. Kitabın üz qabığında "Maraqlı Gorg vəEbola virusu" yazılıb. 
7 il keçəndən sonra bu virus yayılmağa başladı.
14. Video zənglər.
Seriyaların birində Liza gələcəyə gedir və anası ilə video zəng vasitəsi ilə əlaqə saxlayır. Həmin dövrdə bu fantastika kimi görünürdü. 
15 il sonra texnologiya smartfonlar üçün bu yeniliyi etdi. 
Qaynarinfo.Az