Xəbər lenti

Gənclər Liqası:
İdman 16:00 22.10.2025

Gənclər Liqası: "Qarabağ" ardıcıl üçüncü oyunda uduzdu

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi ardıcıl üçüncü oyunda məğlub olub.

Qaynarinfo xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv III turda İspaniyanın "Atletik" kollektivinin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 əvvəlki iki matçda da məğlub olub. Ağdam təmsilçisi Portuqaliyada "Benfika"ya 1:7, Bakıda Danimarkanın "Kopenhagen" komandasına 0:5 hesabı ilə uduzub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->