Xəbər lenti

Güclər tükənir: Kreml ümumi səfərbərlik elan etməyə məcbur ola bilər - "Bloomberg"
Dünya03:19 15.06.2022

Güclər tükənir: Kreml ümumi səfərbərlik elan etməyə məcbur ola bilər - "Bloomberg"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynaya qarşı 100 günlük tammiqyaslı müharibədə Rusiya hərbi potensialının böyük hissəsini istifadə edib və ümumi səfərbərlik elan etmək məcburiyyətində qala bilər.
Qayanrinfo xəbər verir ki, bu barədə iyunun 14-də "Bloomberg" yüksək rütbəli avropalı rəsmilərə istinadən xəbər yayıb.
"Bloomberg”in adının çəkilməsini istəməyən mənbələrinə görə, Kreml Uzaq Şərqdə yerləşən köhnə tanklar da daxil olmaqla, canlı qüvvə və silahlar üçün ölkədə axtarış aparır. Agentliyin mənbələri bir neçə aydan sonra Rusiyanı böyük qruplaşma aparmaq üçün hərbi əməliyyatları ləngitməyə məcbur edə biləcəyi iddiasını irəli sürüblər.
Həmçinin "Bloomberg" mənbələri Kremlin ümumi səfərbərlik elan etmək məcburiyyətində qala biləcəyini istisna etməyiblər, baxmayaraq ki, Vladimir Putin rejimi daha əvvəl bundan yayınmışdı, çünki müharibənin plana uyğun getmədiyini ictimaiyyətə etirafına bərabər olardı.
Yüksək rütbəli Şərqi Avropa məmuru deyib ki, indi "tükəndirmə müharibəsi” başlasa da, "dalana girmə” ssenarisinin uzun müddət davam edəcəyi ehtimalı azdır və bir neçə aydan dönüş baş verə bilər.
"Bloomberg" həmçinin yazır ki, Kremldəki bəzi insayderlər "şəxsi şəkildə Qərbin qətiyyətinin Putindən əvvəl zəifləyəcəyini gözlədiklərini” bildiriblər.
Nizami Bağırov