Xəbər lenti

Günay İsmayılovaya hücumu Nizami rayon prokurorluğu araşdırır
Siyasət13:55 28.01.2015

Günay İsmayılovaya hücumu Nizami rayon prokurorluğu araşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanvarın 28-də Nizami rayin 24-cü polis bölməsində hüquq müdafiəçisi Günay İsmayılovanın yanvarın 26-da evinin girişində hücuma məruz qalması haqqında ərizəsini qəbul ediblər. 

Hüquq müdafiəçisindən ifadə də götürüblər. Polis bölməsində ona deyiblər ki, materiallar araşdırma üçün Nizami rayon prokurorluğuna göndəriləcək.

O hesab edir ki, hücum ya onu qorxutmaq, ya da onun hüquq müdafiə fəaliyyətinə mane olmaq üçün sağlamlığına ziyan vurmaq məqsədi daşıyır.

İsmayılova hücumun onun da iştirak etdiyi hüquq müdafiəçilərinə qarşı məhkəmə prosesləri başladığı zaman törədildiyinə diqqət çəkib. (contact.az)

Qaynar.info