Xəbər lenti

Gürcüstanda xüsusi əməliyyat: yüksək vəzifəli şəxslər saxlanıldı
Dünya14:35 30.05.2019

Gürcüstanda xüsusi əməliyyat: yüksək vəzifəli şəxslər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində xüsusi əməliyyat keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Acarıstan MR-in Baş Prokurorluğu məlumat yayıb.
Əməliyyat zamanı muxtar respublikanın maliyyə və iqtisadiyyat nazirinin müavini Arçil Vanadze, vitse-mer Tengiz Petridze və təhsil naziri səlahiyyətlərini icra edən Baqrat Manvelidze var. Batumi şəhər meriyası departamentlərinin 3 rəhbər şəxsi də saxlanılıb. Şəhərin sabiq meri Giorgi Yermakov da saxlanılanlar arasındadır.
Saxlanılan şəxslər Batumidə həyata keçirilən "Ucuz ev” layihəsi ilə bağlı israfçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılırlar.