Xəbər lenti

İdman 12:29 23.04.2024

Həbsdən çıxan futbolçu beşinci dərəcəli həvəskar komanda ilə anlaşdı

Cənubi Koreya millisinin futbolçusu Son Jun-Ho Çində 10 aylıq həbsdən qayıtdıqdan sonra beşinci dərəcəli həvəskar kluba qoşulub.

Qaynarinfo-nun məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi Seul təmsilçisi "Kunyonq”la anlaşıb. O, yayda peşəkar klublardan biri ilə müqavilə bağlayana qədər fiziki durumunu yaxşılaşdırmaq qərarına gəlib.  

Həbsdən əvvəl Çin Superliqa təmsilçisi "Şandunq”da çıxış edən Son ötən ilin mayında qeyri-dövlət işçiləri tərəfindən rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, yalnız ötən ay azadlığa buraxılıb. Çin səlahiyyətliləri bu məsələ haqqında ətraflı məlumat verməyib. 

Çində futbol böyük bir anti-korrupsiya kampaniyasının məngənəsindədir. Son 2022-ci ildə Qətərdə baş tutan dünya çempionatında Cənubi Koreya millisinin heyətində çıxış edib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->