Nevroloq
Vera Pşeniçnikova başqa bir pandemiya təhlükəsi barədə xəbərdarlıq edib.
Qaynarinfoxəbər verir ki, həkim insan bədənindəki maqnezium çatışmazlığının ciddi bir təhlükə
olduğunu açıqlayıb. "Maqnezium çatışmazlığının da bir pandemiya olduğu
hesab edilir, bununla mübarizə aparılmalıdır", - həkim "Qovorit Moskva”
radiostansiyanın efirində deyib.
Mütəxəssisin
dediyinə görə, bədəndə maqneziumun miqdarını öyrənmək üçün analiz aparmaq son dərəcə
çətindir. Bu baxımdan Pşeniçnikova zaman-zaman kurslarla maqnezium içməyi və
maqneziumla zəngin qidalar yeməyi məsləhət görüb.
Eyni
zamanda həkim bu mikro-elementinin artıqlığının orqanizmə zərər verməyəcəyini də
əlavə edib.
Alpər
Şərhlər