Xəbər lenti

Həkimdən dərmanla arıqlamaq istəyənlərə ciddi xəbərdarlıq – Böyük təhlükə...
Sağlamlıq08:19 09.10.2021

Həkimdən dərmanla arıqlamaq istəyənlərə ciddi xəbərdarlıq – Böyük təhlükə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Həyatınızı riskə atmayın, yarı yoldan qayıdın".
Bunu Qaynarinfo-ya açıqlamasında həkim-terapevt Arzu Hüseynova dərman vasitəsi ilə ay ərzində 10-15 kq arıqlayan insanlara mesajında deyib.
Həkim orqanizm üçün bunu böyük təhlükə olduğunu bildirib:
"Mən dərmanla arıqlamağın əlehinə olan həkimlərdənəm. Buna yaxşı baxmıram, dərmanla arıqlamaq qəti şəkildə düzgün deyil. Ən yaxşısı orqanizmdə kökəlmənin səbəblərini tapmaqdır. Kökəlmə nədən başlayır? Bunun qarşısını almaq, normal pəhriz saxlamaq, fiziki hərəkətlər etmək, bir sözlə, həyat tərzini dəyişmək lazımdır. Dərmanla arıqlamaq orqanizm üçün böyük stresdir. Ona görə də belə bir riskə tərəfdar ola bilmərəm. Dərmanla 10-15 kq çəki itirəndən sonra onun qəbulunu kəsən kimi əvəzində 30 kq çəki geri gələcək. Dərmanla pəhriz saxlayanlara deyirəm ki, həyatınızı riskə atmayın, bunun üçün mənim əsaslarım var. Dərmandan sonra müayinə zamanı orqanizmdə nə qədər dəyişiklər gedir - qaraciyər, öd kisəsi, mədəaltı vəzi, mədə, hətta beyində nə qədər dəyişikliklər gedir, orqanizm köklü dəyişir. Nə qədər ki, gec deyil, bu vərdişdən çəkinin. Mənim həkim kimi bir tövsiyəm var: heç vaxt qısa müddətli arıqlamağa çalışmayın. Onlar nə fikirləşir? Yəqin onlar üçün xarici görünüş sağlamlıqdan daha önəmlidir".
Həkim-cərrah Vasif İsmayıl da dərmanla arıqlamağın insan həyatı üçün təhlükə olduğunu vurğulayıb:
"Belə vasitələrə qəti qarşıyam. Bu cür vasitələrdən istifadə edib ciddi qaraciyər xəstəliyinə düçar olmuaş adamlar tanıyıram".
Qeyd edək ki, müğənni Xatirə İslam sosial şəbəkədə arıqlamaq üçün maye tərkibli "Fito-Fit" dərman vasitəsinin önəmli olduğunu deyib. Müğənni tez bir zamanda arıqlamaq istəyən qadınları bu dərmandan istifadə etməyə çağırıb.
Bahar Rüstəmli