Azərbaycanda dərmanların əksəriyyəti olduqca bahadır. Onların da əksəriyyətini "firma dərmanları" təşkil edir.
Təəssüf ki, bəzi həkimlər zərurət olmadıqda belə pasiyentinə həmin bahalı "firma dərmanları"nı yazırlar.
Çox vaxt bu dərmanların qiyməti ilə keyfiyyəti üst-üstə düşmür.
İddialara görə, həkimlər "firma"larla sövdələşmədən faiz götürürlər. Yəni dərman satışından həmin həkimə də pul çatır.
Hazırda vəziyyəti tənzimləmək üçün çıxış yolu olaraq elektron resept sisteminə keçilməsi göstərilir. Bununla əlaqadar qanunvericilikdə lazımi dəyişikliklər də olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər