Xəbər lenti

HƏMAS liderindən biri İsrail həbsxanasında öldü
Dünya 15:05 26.07.2024

HƏMAS liderindən biri İsrail həbsxanasında öldü

İordan çayının qərb sahilindəki HƏMAS-ın yüksək səviyyəli lideri səhhəti pisləşdikdən sonra İsrail həbsxanasında ölüb.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Komissiyası məlumat yayıb.

Fələstin Administrasiyasının məlumatına görə, 63 yaşlı Mustafa Məhəmməd Əbu Ara İsrailin cənubundakı Ramon həbsxanasından xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib. Komissiya qeyd edib ki, həbs olunmazdan əvvəl onun səhhətində ciddi problemlər olub və intensiv həkim nəzarəti tələb olunub.

"Lakin həbs olunduqdan sonra Şeyx Əbu Ara da bütün məhbuslar kimi müharibə başlayandan bəri misli görünməmiş cinayətlərlə üzləşib”, - deyə məlumatda bildirilir.

Fələstin qurumu əlavə edib ki, ötən ilin oktyabrında həbs edilən Əbu Araya işgəncə verilib və ona tibbi yardım göstərilməyib.

İsrail hələlik bu məsələ ilə bağlı şərh verməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->