Xəbər lenti

Heydərov Avropa çempionu oldu, Orucov
İdman 17:57 30.04.2022

Heydərov Avropa çempionu oldu, Orucov "bürünc" qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Qaynarinfo xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı Covanni Espozitonu (İtaliya) sınağa çəkib. Qızıl xal bölümündə qalib gələn Heydərov ikiqat Avropa çempionu olub.

Qeyd edək ki, Hidayət Heydərov mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq, Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlib. Yarımfinalda isə Mark Xristovdan (Bolqarıstan) üstün olub.

Digər Azərbaycan cüdoçusu Rüstəm Orucov Avropa çempionatında bürünc medal görüşünə çıxıb. 73 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı Adrian Sulka (Rumıniya) ilə üz-üzə gəlib. 

Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub. Bu, Azərbaycanın hazırkı qitə birinciliyində ilk medalı olub.

Rüstəm Orucov da mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk iki görüşündə Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, 1/4 finalda Mark Xristovla (Bolqarıstan) bacarmayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->