Xəbər lenti

Hikmət Rəhimovdan onu ittiham edən aktrisaya cavab: Nə baş verib?
Maqazin 10:58 18.07.2024

Hikmət Rəhimovdan onu ittiham edən aktrisaya cavab: Nə baş verib?

"Apatiya 2" filminin rejissoru, aktyor Hikmət Rəhimov onu ağır şəkildə ittiham edən aktrisa Sanura Cəfərovanın iradlarına aydınlıq gətirib.

Hikmət Rəhimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, məsələ qanun çərçivəsində öz həllini tapacaq:

"Sanura tək deyil, komanda da böyük bir heyət var. Belə açıqlamalara cavab vermirəm. Ödənişlə bağlı məsəlyə gəlincə, bütünlüklə ödənilib, deyilənlər yalandır. Bu qədər".
 
Qeyd edək ki, "Apatiya 2" filminin çəkilişi zamanı aktrisa Sanura Cəfərova ilə aktyor Hikmət Rəhimov arasında qalmaqal yaşanıb. Sanura Cəfərova sosial media hesabında Hikmət Rəhimova "Hikmət, sənə bir həftə vaxt verirəm. Əgər sənin "Apatiya 2" filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, setdəki (çəkiliş meydançası-red.) insanların haqqını ver!", deyə xəbərdarlıq edib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->