Xəbər lenti

Hindistan öz qədim adını bərpa edə bilər
Dünya12:23 05.09.2023

Hindistan öz qədim adını bərpa edə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistan hakimiyyəti ölkənin adını müasir dövlətin yerləşdiyi torpaqların qədim adına - "Bharat”a qaytarmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Hindistan Milli Konqresinin rəhbəri Cayram Rameş sosial şəbəkədə yazıb.
"İngilislər Bharatın adını Hindistan etdilər. Ölkəmiz min illərdir ki, "Bharat" adı ilə tanınırdı. Bu ölkənin qədim sanskrit mətnlərində rast gəlinən qədim adıdır. Hindistan adı müstəmləkə idi və buna görə də köləliyin simvolu idi. Hindistan adı konstitusiyadan çıxarılmalıdır”, deyə Hindistan parlamentinin üzvü bildirib.
Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında təqdim olunacaq.
Hindistan sakinləri də öz ölkələrini hindi dilində (rəsmi dil) "Bharat” adlandırırlar, bu, rəsmi sənədlərdə öz əksini tapıb. 
Aydın