Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motor Co Rusiyadan çıxmağı və zavodlarını Qazaxıstan şirkətinə satmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Cənubi Koreyanın MBC mediasına istinadən məlumat
yayıb.
Rusiyada Hyundai zavodlarının satışı ilə bağlı danışıqlar son mərhələdədir, KİV-in məlumatına görə, hazırda şirkət Rusiya hökumətindən yekun təsdiq gözləyir.
"Düzdür, satışla bağlı müzakirələr davam edir, lakin hələlik heç bir qərar verilməyib", - Hyundai Motorun açıqlamasında deyilir.
Reuters-in şərhində Hyundai Motor Rusiyadakı biznesinin gələcəyi ilə bağlı müxtəlif senariləri nəzərdən keçirdiyini və hələlik heç bir qərarın verilmədiyini bildirib.
Hyundai Motor, törəmə şirkəti Kia Corp ilə birlikdə satış həcminə görə dünyanın ilk 10 ən böyük avtomobil istehsalçısından biridir və Rusiyada ildə təxminən 200 000 avtomobil istehsal edir ki, bu da onun qlobal istehsal gücünün təxminən 4%-ni təşkil edir.
Bundan əvvəl Hyundai avtokonserni 36 milyard rubl sərmayə qoymağı planlaşdırdıqları Sankt-Peterburqdakı keçmiş General Motors avtomobil zavodunun yenidən qurulması layihəsini dayandırmaq qərarına gəlib.
Alpər