Xəbər lenti

İki ölkədə terror: 51 ölü, çox sayda yaralı var
Dünya19:59 25.03.2016

İki ölkədə terror: 51 ölü, çox sayda yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqda daha bir terror aksiyası baş verib. Qaynar.info xəbər verir ki, terrorçular bu dəfə stadionda partlayış törədib.
Hadisə Bağdadın cənubundakı Asriyə kəndindəki stadionda baş verib. Yerli komandalar arasında oyunun sonundu - kubokun verilməsi zamanı azarkeşlər arasındakı "canlı bomba" özünü partladıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində 29 nəfər həlak olub, 60 nəfər isə yaralanıb. Terror aktına görə hələlik heç bir təşktlat məsuliyyəti üzərinə götürməyib.
İraqdan başqa, Yəmənin Ədən şəhərində də silsilə terror aktları törədilib. Törədilən üç ardıcıl partlayış nəticəsində azı 22 nəfər ölüb.
Bildirilir ki, şəhərin qərb hissəsində terrorçular iki avtomobilə yerləşdirilmiş partlayıcı qurğuları işə salıblar. Eyni vaxtda şəhərin mərkəzində təcili tibbi yardım maşınında bomba partlayıb. 
Qaynar.info