Xəbər lenti

"İlham Əliyev dövlət sərhədlərinə hörmət edilməsinin tərəfdarıdır” - Zelenski
Siyasət17:41 24.02.2023

"İlham Əliyev dövlət sərhədlərinə hörmət edilməsinin tərəfdarıdır” - Zelenski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, o, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin tərəfdarıdır. Buna və Ukraynaya göstərdiyi yardıma görə dövlət başçısına minnətdarıq”.
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Rusiyanın ölkəyə hərbi müdaxiləsinin bir ilinin tamam olmasına həsr olunmuş "Fevral. Yenilməzlik ili” adlı mətbuat konfransı zamanı  Report-un əməkdaşının sualını cavablandırarkən deyib.
Azərbaycanlı jurnalistin onunla Ukrayna dilində ünsiyyət qurmasına diqqət çəkən Zelenski "Əgər bu gün azərbaycanlı jurnalist mənə Ukrayna dilində sual verməyə cəhd edirsə, bu, artıq Azərbaycanın kimi dəstəklədiyini göstərir”, - deyə cavab verib