Xəbər lenti

İlham Əliyev tələbələr qarşısında mühazirə oxuyacaq
Siyasət09:20 15.10.2014

İlham Əliyev tələbələr qarşısında mühazirə oxuyacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev bu gün rəsmi səfərlə Düşənbəyə gələcək.

SalamNews Tacikistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Tacikistan hökumətindəki mənbədən məlumat verilib. Məlumata əsasən Azərbaycan dövlət başçısının rəsmi qarşılanma mərasimi sabah millət sarayında baş tutacaq.

Azərbaycan və Tacikistan prezidentləri, o cümlədən iki dövlətin rəsmi nümayəndə heyətinin görüşündən sonra bir sıra hökumətlərarası anlaşmaların imzalanması gözlənilir.

Mənbə qeyd edir ki, İlham Əliyev səfəri zamanı, həmçinin Tacikistan baş naziri Koxir Rasulzoda və respublika parlamenti aşağı palatası spikeri Şukurcon Zuxurov ilə görüşəcək.

Prezident İlham Əliyevin müəllim tərkibi ilə söhbət aparacağı, tacik tələbələrə mühazirə oxuyacağı da nəzərdə tutlur.

Qaynar.info