Amerikalı milyarder İlon Mask ABŞ-nin "Amerikanın Səsi” və "Azadlıq Radiosu” radiostansiyalarını bağlamağa çağırıb.
Qaynarinfo xəbər verir ki, Mask, ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Riçard Qrenellin bu mətbu orqanları "keçmişin qalığı” və "ultrasol aktivistlərlə dolu” adlandırdığı paylaşımı repost edərək fikrini bildirib.
"Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır", - deyə Mask bildirib.
Onun fikrincə, bu radiostansiyaları öz-özünə danışan, radikal solçular idarə edir.
Qrenell "Amerikanın Səsi” və "Azadlıq Radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib.
Şərhlər