Xəbər lenti

İnanılmaz boşanma səbəbi: "Ərim velosipedi ilə eşq yaşayır"
Dünya10:57 20.02.2018

İnanılmaz boşanma səbəbi: "Ərim velosipedi ilə eşq yaşayır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İstanbul şəhərində 2 il əvvəl evlənən cütlük qəribə səbəbdən boşanmağa hazırlaşır.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Yağmur Z. adlı qadın həyat yoldaşı Burak Z-nin ona diqqətsiz davrandığını və vaxtını velosipedi ilə keçirdiyini iddia edərək boşanmaq üçün məhkəməyə müraciət edib. Qadın qərarını belə izah edib:
"Həyat yoldaşım vaxtını velosipedi ilə keçirir. Aralarında qəribə bağ var. Hər gün evin ortasında velosipedi silir, təmizləyir və təmir edir. Bu normal deyil, sanki sevgi yaşayırlar".
"Psixologiyam pozulub, heç nəyim qalmayıb" deyən qadın 400 min türk lirəsi təzminat tələb edir.
Gülşən