İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo ölkənin Meteoroloji İqlim və Geofizika Qurumuna istinadən xəbər verir ki, yeraltı təkan Maluku əyalətindən 198 km cənub-şərqdə dəniz sahillərində, 193 km dərinlikdə qeydə alınıb.
Zəlzələ Sorong, Kairatu, Manokvari və Ambon kimi şəhərlərdə də hiss edilib.