Xəbər lenti

İnsan beynində şüurun mənşəyi barədə ənənəvi baxışlara meydan oxuyan nəzəriyyə
Sağlamlıq 13:28 29.09.2025

İnsan beynində şüurun mənşəyi barədə ənənəvi baxışlara meydan oxuyan nəzəriyyə

Kembric Universitetinin nevrologiya mütəxəssisi doktor Piter Koppola insan şüurunun mənbəyi ilə bağlı ənənəvi baxışlara meydan oxuyan nəzəriyyə irəli sürüb. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, şüur beynin ən yeni və mürəkkəb hissəsi olan korteksdən deyil, əksinə, ən qədim və ibtidai bölgələrindən -  subkorteksdən qaynaqlana bilər.

Əgər bu nəzəriyyə təsdiqlənsə, şüur yalnız insanlara məxsus xüsusiyyət olmaqdan çıxaraq daha çox canlı növündə rast gəlinən ümumi bir hadisə kimi qəbul ediləcək.

"Sürünən beyin"in rolu

Subkorteks 500 milyon ildən çoxdur mövcud olan və aclıq, susuzluq, qorxu kimi əsas instinktləri idarə edən beyin qatıdır. Adətən "sürünən beyin" adlandırılan bu hissənin əhəmiyyəti uzun müddət az qiymətləndirilib. Dr. Koppolanın araşdırmaları göstərib ki, korteks zədələnsə belə şüur müəyyən dərəcədə qalır, lakin subkorteksin zədələnməsi çox vaxt komaya və ya ölümə səbəb olur.

Maraqlı faktlardan biri də hidranensefaliya xəstəliyidir. Bu diaqnozla doğulan, yəni korteksin böyük hissəsi formalaşmayan uşaqlarda belə emosional reaksiya, oyun oynamaq, insanları tanımaq və musiqidən zövq alma kimi davranışlar müşahidə olunub.

Heyvanlar üzərində aparılan təcrübələr də nəzəriyyəni gücləndirir. Neokorteksi çıxarılan siçan, pişik və meymunların duyğularını ifadə edə, balalarını böyüdə və öyrənmə qabiliyyətini nümayiş etdirə bildiyi aşkar edilib.

Şüurun inkişafı

Dr. Koppolaya görə, korteks şüuru yaratmır, sadəcə onu zənginləşdirir və mürəkkəbləşdirir. İbtidai subkorteksin formalaşdırdığı əsas şüurun üzərinə korteks dil, yaradıcılıq, əxlaqi düşüncə və özünüdərk kimi yalnız insana məxsus qabiliyyətlər əlavə edir.

Bu yanaşma təkcə nevrologiyanı deyil, həm də heyvan hüquqları və xəstələrin tibbi baxımına dair mövcud yanaşmaları dəyişə bilər. Şüurun daha geniş yayılmış fenomen olduğu qənaəti etik müzakirələri gücləndirə və canlılara münasibətdə yeni baxış bucağı formalaşdıra bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->