Xəbər lenti

İnsanlara tüpürən yaşlı qadınlardan ibarət qrup saxlanıldı
Dünya15:45 10.08.2017

İnsanlara tüpürən yaşlı qadınlardan ibarət qrup saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində insanlara fiziki və sözlə zorakılıq tətbiq edən, tüpürən yaşlı qadınlardan ibarət qrup saxlanılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Henan əyalətində podratçı yeni inşaat layihəsi üçün bəzi sakinlərin evlərini tərk etmələri və borclarını ödəmələri üçün yaşı 70-dən yuxarı olan 14 qadını tutub və onlara gündəlik 30 dollar ödəyib. Yaşlı qadınlardan ibarət cinayətkar qrup insanları təhqir edib, üzlərinə tüpürüb, hətta bir kişinin cinsiyyət orqanına hücum ediblər.

Rəqs klubundan tapılan və kirayələnən qrup üzvlərindən biri deyib ki, bu iş onun üçün məşğələdir, həmçinin pulsuz yemək verildiyi üçün qruplaşmaya üzv olub. 

Qeyd edək ki, podratçı 11, yaşlı qadınlar isə 2 ildən 11 ilədək həbs cəzasına məhkum ediliblər.

Gülşən

Qaynarinfo.Az