Xəbər lenti

İran səfiri Fransa XİN-ə çağırıldı
Dünya 23:55 10.01.2025

İran səfiri Fransa XİN-ə çağırıldı

İran səfiri Məhəmməd Amin Necad Fransa vətəndaşlarının İslam Respublikasında saxlanılması ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.


Report-un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.


Nazirlikdən bildirilib ki, saxlanılan vətəndaşlar İran İslam Respublikası dövlətinin girovlarıdır.


Agentlik həmçinin Fransa vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb.



--> -->