Xəbər lenti

İran Təhlükəsizlik Şurasının katibi gələn həftə Rusiyaya səfər edəcək - XİN
Dünya06:41 04.02.2023

İran Təhlükəsizlik Şurasının katibi gələn həftə Rusiyaya səfər edəcək - XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Əfqanıstanla bağlı məsləhətləşmələr üçün gələn həftə Rusiyaya gedəcək, İranın özü ətrafında vəziyyət isə müzakirə olunmayacaq. 
Qaynarinfo RİA-ya istinadla xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib. 
O izah edib ki, Şamxani bir sıra ölkələrin təhlükəsizlik şuralarının rəhbərləri səviyyəsində Əfqanıstan üzrə ənənəvi çoxtərəfli görüşdə iştirak edəcək.
"Bu, çoxdan başlamış planlaşdırılan tədbirdir. Əsas mövzu Əfqanıstan olacaq", - Kabulov deyib.
Məsləhətləşmələrdə İranın İsfahan şəhərindəki hərbi obyektlərə pilotsuz təyyarələrin hücumundan sonra bölgədə yaranan vəziyyəti müzakirə edib-etməyəcəyi sualına Kabulov mənfi cavab verib.
Yanvarın 29-na keçən gecə İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayış baş verib. Daha sonra Respublika Müdafiə Nazirliyi partlayıcı qurğu ilə kvadrokopterlərdən istifadə etməklə, hərbi obyektlərindən birinə silahla hücum cəhdinin uğursuz alındığını bildirib. İddiaya görə, PUA-lardan biri vurulub, digər ikisi müdafiə tələlərinə düşərək partlayıb. KİV bu hücumda ABŞ və İsrailin əli ola biləcəyi barədə məlumat yayıb.
İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubda İrandakı hərbi obyektə hücumun əsas məsuliyyətinin İsrailin üzərinə düşdüyünü deyib. Onun sözlərinə görə, İslam Respublikası Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücumuna görə "harada və lazım bildiyi vaxt" İsrailə cavab vermək hüququna malikdir.
Alpər