Xəbər lenti

İran yenidən qarışır: Əhmədnecat küçələrə çıxır
Dünya11:49 25.01.2018

İran yenidən qarışır: Əhmədnecat küçələrə çıxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın keçmiş prezidenti Mahmud Əhmədnecatın yaxın ətrafındakı 7 nəfər ölkə rəhbərliyindən xalqın da qatılacatı etiraz aksiyası keçirilməsi üçün rəsmi icazə verilməsi üçün müraciət edib.
Qaynarinfo xəbər verir ki, Əhmədnecat İranda ötən ay başlayan və bir həftə davam edən aksiyaların təşktilatçılığında ittiham olunurdu.
Yeni aksiya üçün hökumətə müraciət edən 7 nəfərin əksəriyyəti Əhmədnecatın prezidentliyi dövründə hökumətdə təmsil olunub. Onlar Daxili İşlər Nazirliyinə ünvanladıqları müraciətdə "ölkədəki mövcud vəziyyətə və ağır iqtisadi şərtlərə" etiraz etmək üçün xalqın iştirak edəcəyi aksiya keçirmək istəklərini qeyd edirlər və icazə verilməsini istəyiblər.
Müraciətdə həmçinin qeyd edilir ki, 29 dekabrda başlayan aksiyalarda xalqın səsləndirdiyi tələblər hökumət tərəfindən nəzərə alınmayıb.
Aydın