Xəbər lenti

İraqda əməliyyat: MİT PKK-nın qadın liderlərindən birini məhv etdi
Dünya07:08 20.08.2024

İraqda əməliyyat: MİT PKK-nın qadın liderlərindən birini məhv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində növbəti əməliyyatını keçirib.
Qaynarinfo xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının üzvlərindən olan Zilan Azak öldürülüb. 
Onun kod adının "Sema Cuya Çevlik" olduğu bildirilir.
Məlumata görə, adıçəkilən terrorçu təşkilatın dron hücumlarında iştirak edib. Onun yerini MİT-in agentləri müəyyənləşdirib.
Zilan Azak 2015-ci ildə terrorçuların sıralarına qoşulub.