Açıq havada qeyri-qanuni ticarətin qarşısının alınması məqsədilə İrəvan Bələdiyyəsinin Ticarət və Xidmət Departamentinin, eləcə də Kentron İnzibati Dairə Başçısı Ticarət və Xidmət Departamentinin əməkdaşları Respublika meydanında, ona bitişik ərazilərdə gündəlik müşahidələr apararaq, küçə alveri ilə məşğul olan satıcılara hücum təşkil edib.
Qaynarinfo xəbər verir ki, onlar gündəlik çörək pulu qazanmağa çalışan alverçilərə ticarətlə məşğul olmağa qadağa qoyublar.
Şəhərdə küçə ticarətçilərinə ticarətlə məşğul olmağa imkan verilməməsindən narazılıqlarını bildirən satıcılar Nikol Paşinyanı bu ədalətsizliyə son qoymağa çağırıblar.
Bələdiyyə və polis əməkdaşları isə satıcılardan küçələrdə satılan ərzaqların yığılmasını tələb ediblər.
Ticarətçilər vurğulayırlar ki, bələdiyyə bu qərarın səbəbi ilə bağlı heç bir açıqlama verməyib.
Satıcılardan biri Paşinyanı qınayaraq bildirir: "Gedin Paşinyandan soruşun ki, Yeni il gecəsi süfrəsində bayram nemətlərini necə yeyəcək? Biz əzab-əziyyət içində yaşayıb, işləyib ailəmizlə birlikdə adi kartofla bayram keçirməyə haqqımız yoxdur? Qarabağı əldən verdilər, heyifslənmədilər. Amma bir metrlik yeri bizə çox görürlər".
Bir çox ticarətçilər onlara təzyiq edildiyini bildirərək problem barədə danışmaqdan imtina ediblər.
Telman
<iframe width="853" height="480" src="https://www.youtube.com/embed/ONE94qYd1_k" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">