Xəbər lenti

İsrail parlamenti "erməni soyqırımı"nın müzakirəsindən imtina etdi
Dünya17:21 05.07.2016

İsrail parlamenti "erməni soyqırımı"nın müzakirəsindən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin iclasında səsverməyə çıxarılmayıb.

Virtualaz.org Novosti Armeniya-ya istinadən məlumatına görə, bunu Təl-Əviv erməni patriarxiyasının diplomatı Koryun Ata deyib.

O bildirib ki, iclas zamanı “erməni soyqırımı” məsələsi müzakirə edilib: "Amma səsverməyə qoyulmayıb. Çünki hökumət nümayəndəsi Təhsil Komissiyasında bəzi məsələlərin müzakirə olunmasını təklif etdi".

Xatırladaq ki, İsrail parlamentinin üzvü Robert İlatov ANS TV-yə bunun sadəcə bir qrup erməniyönümlü deputatın iddiası olduğunu və heç bir hüquqi əsasa malik olmadığını demişdi.

Qaynarinfo.az