Xəbər lenti

İsraildə ABŞ-dakı olay təkrarlandı: polisin xəstə ərəbi öldürməsi iğtişaş yaratdı
Dünya10:43 10.06.2020

İsraildə ABŞ-dakı olay təkrarlandı: polisin xəstə ərəbi öldürməsi iğtişaş yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ərəb əhalisinin üstünlük təşkil etdiyi İsrail şəhərlərində iğtişaşlarla bitən etiraz aksiyaları keçirilib. 
Qaynarinfo RİA Novosti-yə istinadən xəbər verir ki, etirazlara səbəb Qüdsün Köhnə şəhərində autizmdən əziyyət çəkən ərəb İyad əl-Xalakın polis tərəfindən öldürülməsi olub.
May ayının sonlarında İsrail sərhəd polisinin əməkdaşları səhvən onlardan qaçan Şərqi Qüds sakininin silahlı olduğunu düşünərək güllələyiblər. Sonradan öldürülən 32 yaşlı İyad əl-Xalakın autizmdən əziyyət çəkdiyi və silahsız olduğu müəyyən edilib.
Etirazlar zamanı aksiya iştirakçıları polislə toqquşub. Xüsusilə, Yaffa şəhərində etirazçılar polisə və maşınlarına daş atıb, polis xüsusi dağıdıcı texnikalardan istifadə edib. Qüdsdə altı nəfər tramvay yollarını bağlamağa çalışdığına görə həbs edilib.
Alpər