Xəbər lenti

İsveçrə Belarus səlahiyyətlilərinə qarşı sanksiyalar tətbiq etdi
Dünya12:12 14.10.2020

İsveçrə Belarus səlahiyyətlilərinə qarşı sanksiyalar tətbiq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsveçrənin İqtisadiyyat üzrə dövlət katibliyi "qanunsuz seçki" və orada etirazların yatırılması fonunda Belarusa qarşı tətbiq olunan sanksiyalar siyahısını yeniləyib.

Qaynarinfo xəbər verir ki, əsasən məmurlardan ibarət 40 Belarus vətəndaşına sanksiya tətbiq olunub. Onların hamısı, İsveçrə səlahiyyətlilərinə görə, belarusların hüquqlarının pozulmasına görə məsuliyyət daşıyır.

Beləliklə, siyahıya Daxili İşlər Nazirliyinin rəhbəri Yuri Karaev və MSK sədri Lidia Yermoşina da düşüb.

Karaev 2020-ci il prezident seçkilərindən sonra "repressiya və hədə-qorxu kampaniyası", Yarmoşina isə "seçki prosesinin düzgün aparılmaması" üzrə günahlandırılıb.

Tədbirlər 13 oktyabr yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) qüvvəyə minib. Bunlar, aktivlərin dondurulmasını və "bloklanmış aktivləri elan etmək" öhdəliyini nəzərdə tutur.

Xatırladaq ki, bundan əvvəl Avropa Birliyi Yermoşina və Karaev də daxil olmaqla 44 Belarus vətəndaşına qarşı koordinasiyalı sanksiyalar elan etmişdi.

Alpər