Xəbər lenti

ISW cəbhədən şad xəbər verdi: USQ-nin irəlilədiyi yerlər (XƏRİTƏ)
Dünya 11:35 06.02.2024

ISW cəbhədən şad xəbər verdi: USQ-nin irəlilədiyi yerlər (XƏRİTƏ)

Ukrayna Silahlı Qüvvələri cəbhədə yeni uğurlar qazanıb - onlar Donetsk vilayətinin Avdeyevka şəhəri ərazisində irəliləyiblər. Ukrayna qüvvələrinin irəliləməsi Avdeyevkanın cənub-qərbində baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bazar ertəsi, fevralın 5-də dərc olunmuş geolokasiya görüntülərinə istinadən yazıb. 

"...Ukrayna qüvvələri bu yaxınlarda Nevelskoyenin şimal-şərqinə doğru irəliləyib”, – analitiklər aşkar ediblər.

İnstitut əlavə edib ki, "DXR” adlanan 110-cu və 1-ci motoatıcı briqadalarının bölmələri bu qəsəbə və Avdeyevka yaxınlığında yerləşməkdə davam edir. Ukrayna və Rusiya mənbələrinə görə, mövqe döyüşləri, xüsusən Nevelskoye və Pervomaiskoye (Avdeyevkanın cənub-qərbi), Severnoye və Tonenkoye (Avdeyevka şəhərinin qərbi) yaxınlığında baş verib.


Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->