Xəbər lenti

İtaliya Qəddafinin öldürülməsini səhv adlandırdı
Dünya08:07 17.08.2023

İtaliya Qəddafinin öldürülməsini səhv adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərb ölkələri Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin sıradan çıxarılmasına "icazə verməklə” "böyük səhvə” yol verdilər. 
Qaynarinfo xəbər xverir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani Luka şəhərində çıxış edərkən deyib.
"O, demokratiyanın çempionu olmaya bilərdi, lakin öldürülən kimi Liviyada və ümumilikdə Afrikada siyasi qeyri-sabitlik yarandı", - Ansa nazirin sözlərindən sitat gətirib.
Siyasətçi daha əvvəl Qəddafinin devrilməsində Fransa və İngiltərənin rolundan danışıb, həmçinin Qəddafinin öldürülməsinin miqrasiya böhranına töhfə verdiyini qeyd edib.
Müəmmər Qəddafi 42 il Liviyaya rəhbərlik edib. 2011-ci ildə bir sıra hökumət əleyhinə etirazlardan sonra o, hakimiyyətdən uzaqlaşdırılıb. 20 oktyabr 2011-ci ildə Qədaffi sui-qəsd nəticəsində öldürülüb.
Alpər