Xəbər lenti

İzmirdə zəlzələdə ölənlərin sayı 91-ə çatdı (YENİLƏNİB)
Dünya13:13 02.11.2020

İzmirdə zəlzələdə ölənlərin sayı 91-ə çatdı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 91-ə yüksəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "Anadolu” yayıb.
Qeyd olunub ki, yeraltı təkandan yaralananlardan 155 nəfərinin müalicəsi davam edir.
 15:36
İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 85-ə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 09:34
Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.
Qaynarinfo  xəbər verir ki, bu barədə məlumatı "Anadolu” yayıb.
Məlumata görə, 3 yaşlı Elif Perinçek adlı qız zəlzələdən 65 saat sonra dağıntılar altından çıxarılıb.
Xatırladaq ki, İzmir şəhərinin Seferhisar rayonunda baş vermiş 6,6 bal gücündə yeraltı təkan nəticəsində 76 nəfər həlak olub.
09:29
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Qaynarinfo xəbər verir ki, zəlzələdə ölənlərin sayı 79 nəfərə çatıb.
Yeraltı təkanlar nəticəsində xəsarət almış 962 nəfər xəstəxanalardan evə buraxılıb, 219 nəfərin müalicəsi davam etdirilir.