Xəbər lenti

Kamal Kılıçdaroğlunun maşın karvanında zəncirvari qəza oldu, yaralılar var
Dünya 16:51 05.08.2023

Kamal Kılıçdaroğlunun maşın karvanında zəncirvari qəza oldu, yaralılar var

Türkiyədə prezidentliyə keçmiş namizəd, Cunhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun avtomobil korteji qəzaya düşüb, 4 nəfər yaralanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Türkiyə Gazetesi” nəşri məlumat yayıb.

Hafisə Ərzincan-Tunceli yol ayrıcında baş verib. Qəza zamanı 7 avtomobil toqquşub. Yaralılar arasında iki jurnalistin olduğu da bildilir.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu vətəndaşlarla görüşmək üçün bu gün Ərzincana səfərə gedib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->