Xəbər lenti

Dünya 17:47 04.04.2024

Keçmiş müdafiə naziri məxfi planı ifşa etməkdə ittiham olunur

Polşanın keçmiş milli müdafiə naziri Mariuş Blaşçak Rusiyadan təcavüz olacağı təqdirdə Polşa ordusunun məxfi fəaliyyət planını açıqlamasına görə məsuliyyətə cəlb oluna bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Dziennik Gazety Prawnej" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Hərbi Əks-Kəşfiyyat Xidməti Blaşçakı 2011-ci il tarixli, Polşa Silahlı Qüvvələrinin hərəkətlərinin prosedurunu əks etdirən "Polşa Respublikası Silahlı Qüvvələrinin Warta-00101-dən istifadə planı" adlı sənədin məxfiliyini çıxarmaqda şübhəli bilir. Keçmiş nazirə qarşı ittihamların irəli sürülməsinə dair qərar yaxın həftələrdə, ekspertlər müdafiə departamentinin son illərdəki işinin auditini başa vurduqdan sonra verilə bilər.

Materialda qeyd olunan sənədin sirrinin nə vaxt götürüldüyü göstərilmir. Bununla belə, müəlliflər yazır ki, Blaşçak Polşa Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Raymund Anjeyçakı xəbərdar etmədən belə hərəkətləri şəxsən edə bilərdi.

Blaşçak Qanun və Ədalət Partiyasına (PiS) rəhbərlik edir. Bir gün əvvəl o, müxalifətin Polşa parlamentində ölkənin daxili işlər naziri Marçin Kervinskiyə etimadsızlıq bildirilməsi məsələsinə baxılması təşəbbüsü ilə çıxış etmək niyyətində olduğunu bildirib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->