Rusiyada 2015-ci ildə Kerç boğazı körpüsünün inşası zamanı mühafizəçilərin tapdığı və "Bridge" (Körpü) adı verilən pişik üçün ad günü şənliyi təşkil edilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "Bridge"in özəl günündən görüntülər onun üçün yaradılan sosial şəbəkə hesabında paylaşılıb. Dəmir yolu işçilərinin pişiyi qucaqlarına alaraq, başına şənlik şapkası qoyub və oun üçün rəngli şarlar alıblar.
Ənənəvi ad günü mərasimi artıq 4 ildir ki, keçirilir.
Qeyd edək ki, Kerç boğazı üzərindən çəkilən körpüyə ilk ayaq basan "Bridge" olmuşdu. Onun sosial şəbəkə hesabını 50 min istifadəçi izləyir.