Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların builki siyahısını açıqlayıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, 2025-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar layiq görülüblər:
Pərviz Həsənov (rejissor) – "Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin uğurlu rejissor həllinə görə
Daniel Quliyev – "Kinomexanikin qayıdışı” və "Tənha insanın monoloqu” filmlərinin uğurlu vizual həllinə görə
Səbuhi Atababayev – "Tağıyev: Neft” və "Bəlkə də” tammetrajlı bədii filmlərində uğurlu rəssam işinə görə
Fehruz Şamıyev – Beynəlxalq film festivallarının təşkili, kinematoqrafiyamızın beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd, milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir.
Şərhlər