Dünya 15:42 21.05.2023

Kişinyovda Avrointeqrasiya mitinqi: Prezident cə AP rəhbəri çıxış etdi

Moldovanın paytaxtı Kişinyovda ölkənin Avropa İttifaqına üzvlüyünə dəstək üçün avropapərəst aksiya keçirilir. Aksiya onlarla Avropa liderinin iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti üçün Moldovaya gəlişi ərəfəsində təşkil edilib.

Qaynarinfo "Azadlıq” radiosunun Moldova xidmətinə istinadən xəbər verir ki, mitinqin təşəbbüskarı ölkə prezidenti Maya Sandu olub. Mitinqdə Avropa Parlamentinin rəhbəri Robert Metsol da çıxış edib.

Prezident Maya Sandu çıxışında moldovalıların Avropa Birliyinə üzv olmaq istədiklərini bildirib və ölkənin üzvülüyü üçün son tarixin 2030-cu ilə qədər olduğunu qeyd edib.

"Biz birbaşa deməyə gəldik: Moldovalılar avropalıdır, Moldovanın yeri Avropa İttifaqıdır", deyə Maya Sandu bildirib.

Prezident Ukraynadakı müharibəni bir neçə dəfə xatırladıb, hətta onun sözlərinə görə, Moldova qonşu ölkənin müdafiəsinə böyük töhfə verə bilməsə belə, ukraynalıları dəstəkləyir.

Avropa Parlamentinin rəhbəri Roberta Metsola Moldovaya dəstəyini ifadə edərək bildirib ki, Aİ ölkəni "açıq ürək və açıq qolla” gözləyir. Bununla belə, Metsola Moldovanın Aİ-yə inteqrasiyası üçün heç bir şərti açıqlamayıb.

Eyni zamanda, ölkənin bir sıra şəhərlərində Rusiyayönlü hesab edilən müxalif "Şor” partiyası Moldovanın xarici siyasətinin istiqamətləri ilə bağlı referendumun təşkili üçün mitinqlər təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin martında Moldova Avropa İttifaqına üzv olmaq üçün ərizə təqdim edib. Həmin vaxt ölkə prezidenti Maya Sandu bəyan etmişdi ki, Moldova Avrointeqrasiyada irəliləyiş əldə etdikdən sonra ölkə MDB-dən çıxma vaxtını müəyyən edəcək.

Hazırda Moldova MDB-nin üzvü olaraq qalır, lakin aprel ayından bu təşkilat çərçivəsində bəzi müqavilələrin denonsasiyasına başlayıb.

Son müsahibəsində Maya Sandu bəyan edib ki, Moldova bundan sonra MDB sammitlərinə ev sahibliyi etməyəcək və Rusiya Federasiyası rəsmi Kişinyovun maraqlarına xor baxdığı üçün təşkilatı tərk etməkdə qərarlıdır.

Aydın