Xəbər lenti

KİV: İran İsrailə
Dünya 11:48 12.04.2024

KİV: İran İsrailə "məhdud cavab" verəcək

İran Suriyanın Dəməşq şəhərindəki konsulluğuna hava zərbələri endirilməsinə görə İsrailə "məhdud cavab" verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı İran və Almaniya xarici işlər nazirləri arasında söhbətdən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.

"Hüseyn Əmir Abdullahian cümə axşamı alman həmkarına deyib ki, İran İsrailin ötən həftə Dəməşqdəki konsulluğunun binasını bombalamasına cavab verməkdə qərarlıdır, lakin bunu "uyğun" və "məhdud" şəkildə edəcək", deyə portalın mənbəsi bildirib.

Mənbə bildirib ki, Berbok ABŞ-dan mesaj çatdıraraq, Əmir Abdullahiana İsrailin İran ərazisindən ona qarşı hücuma cavabının həcmini qiymətləndirməməsi barədə xəbərdarlıq edib.

"Almaniyanın xarici işlər naziri Annalena Berbok Bayden administrasiyasının tələbi ilə çağırışı başlatdı və onlar yüksək rütbəli bir generalın ölümünə səbəb olan Dəməşqdəki zərbə ilə əlaqədar İranın İsrailə hücumunun regional eskalasiyaya səbəb ola biləcəyindən çox narahatdır", deyə nəşr yazıb.

Almaniya Xarici İşlər Nazirliyinin bəyanatına görə, danışıqlar cümə axşamı, aprelin 11-də baş tutub. Hər iki tərəf qeyd edib ki, heç kim regional eskalasiyanın daha da artmasında maraqlı deyil. İran Xarici İşlər Nazirliyi isə bildirib ki, Əmir Abdullahian cümə axşamı həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdən olan həmkarları ilə regional gərginliyi müzakirə etmək üçün danışıb.

"The Wall Street Journal" isə yazıb ki, İran 24-48 saat və ya bir-iki gün ərzində İsrailə cavab verə bilər. Ehtimal olunur ki, İsrail ərazisinə hücum ya radikal şiə hərəkatı "Hizbullah" qüvvələrinin ölkə sərhədləri yaxınlığında cəmləşdiyi şimaldan, ya da yəmənli husilərin vaxtaşırı zərbələr endirməyə çalışdığı cənubdan dəniz vasitəsi ilə həyata keçirilə bilər. 

Nəşr iddia edir ki, İslam Respublikasının hakimiyyət orqanları Razaman tətilinə görə hələlik yekun qərar qəbul etməyiblər.
 
Qeyd edək ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi endirib, nəticədə bina tamamilə dağılıb. Hücum zamanı SEPAH bölməsinin komandirləri - generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi məhv edilib. İran prezidenti İbrahim Rəisi zərbəyə tezliklə cavab verəcəyini vəd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->