Gürcüstan müxalifətinin nümayəndələri Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Gürcüstana nəzərdə tutulan səfərinə kəskin reaksiya verib.
Qaynarinfo "Kommersant"a istinadla xəbər verir ki, gürcü siyasətçilər Tiflisə səfər edəcəyi təqdirdə, rus nazirinin kütləvi etirazlarla qarşılanacağını bəyan edib.
Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının nümayəndələri də qeyd edib ki, Sergey Lavrovun gürcü tərəfi ilə razılaşdırılmamış səfəri "işğal haqqında"
qanunun pozulması kimi qiymətləndirilir, böyük cərimə və ya iki ilə qədər həbs cəzası ilə cəzalandırılır.
Bildirilir ki, Avropa Şurasının katibliyi Gürcüstan hökumətindən nazirlik iclası keçiriləcəyi təqdirdə Tiflisin heç bir "sürprizlərə" yol verməyəcəyinə dair zəmanət istəyib.