Xəbər lenti

KİV: Paşinyan bəzi nazirləri istefaya göndərməyə hazırlaşır
Dünya06:49 26.08.2023

KİV: Paşinyan bəzi nazirləri istefaya göndərməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda bəzi nazirləri istefaya göndərmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hraparak” qəzeti yazır.
Qəzet qeyd edir ki, hökumət indi bu mövzunu gizli saxlamağa çalışır. Qəti qərar oktyabrda verilə bilər.
Qəzetin yazdığına görə, işdən çıxarılmağa namizədlər arasında baş nazirin işindən narazı olduğu ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da var.
Paşinyan bu yaxınlarda Sünik bölgəsinə səfəri zamanı Sanosyanın rəhbərlik etdiyi nazirliyin fəaliyyətində bir sıra nöqsanları qeyd edib "Eyni zamanda, baş nazirə yaxın olanlar bilir ki, o, hər an öz qərarına yenidən baxa bilər", deyə qəzet yazır.
"Hraparak”ın hökumətdəki mənbələri Sanosyanın İrəvan Ağsaqqallar Şurasına seçkilər üzrə təşviqat qərargahının rəhbərinin müavini təyin olunmasını təsadüfi hesab etmirlər. Seçkinin nəticələri o qədər də uğurlu olmasa, nazir məsuliyyət daşıya bilər.
Xatırladaq ki, Qnel Sanosyan 2021-ci il avqustun 2-də Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri vəzifəsinə təyin edilib. Əvvəllər o, Qeqarkunik vilayət administrasiyasına rəhbərlik edib.
Aydın