Xəbər lenti

Klubların transfer çalışmaları: Daha bir ulduz Səudiyyə Ərəbistanına yollandı
İdman 12:29 13.07.2023

Klubların transfer çalışmaları: Daha bir ulduz Səudiyyə Ərəbistanına yollandı

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi açılıb. 

Qaynarinfo klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatları təqdim edir: 

"Il Mattino": PSJ "Napoli"nin hücuçusu Viktor Osimhen üçün ilk addımı atıb. Paris klubu forvard üçün klubuna 110 milyon avro təklif edib. Lakin A Seriyası təmsilçisi bu məbləğə razı olmayıb. Mənbə qeyd edir ki, "Napoli" tərəfi 15 avqust tarixini gözləyir. Onlar hesab edir ki, PSJ Kilian Mbappe ilə vidalaşarsa, Osimhen üçün daha yüksək məbləğ ödəməyə razı olar. 

"Gazzetta": "Vest Hem"in hücumçusu Canluka Skamakka bu yay "Roma"ya keçmək arzusunda olduğunu dilə gətirib. "Roma" mənim evimdir. Əgər Joze Mourinyu orada qalsaydı, bu, mənim xəyallarımın ssenarisi olardı. Əminəm ki, Jozenin rəhbərliyi altında olan "Roma"da çıxış etsəm, gücümü daha da artırardım", deyə 24 yaşlı italiyalı futbolçu bildirib. 

Rəsmi: Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına üz tutub. "Əl-Hilal” klubu "Latsio”nun futbolçusu Sergey Milinkoviç-Saviçi heyətinə cəlb edib. 28 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Sergey ərəb klubunda ilinə 20 milyon avro qazanacaq. "Latsio" isə bu keçiddən 40 milyon avro əldə edib. 

Rəsmi: "Fənərbağça" yeni transferini həyata keçirib. İstanbul nəhəngi Moskva "Dinamo”sunun futbolçusu Sebastian Şimanskini rənglərinə bağlayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Rəsmi: "İnter" qapıçısı Samir Handanoviç ilə yolları ayırıb. 38 yaşlı qolkiperin müqaviləsinin müddəti başa çatıb. 2012-ci ildən Milan klubunun şərəfini qoruyan Samirlə sözləşmə yenilənməyib.

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->