Xəbər lenti

Komanda yoldaşını vuran Maneyə ağır cəza
İdman 17:25 14.04.2023

Komanda yoldaşını vuran Maneyə ağır cəza

"Bavariya" Sadio Maneni cəzalandırıb.

Qaynarinfo-nun məlumatına görə, "Mançester Siti" ilə oyundan sonra komanda yoldaşı Leroy Sane ilə mübahisə edən və onu yumruqla vuran seneqallı ulduza ciddi cəza verilib. Belə ki, futbolçu "Hoffenhaym"la matç üçün heyətə daxil edilməyib. 

"Bild"in xəbərinə görə, heyətdən kənarlaşdırılması ilə yanaşı "Bavariya" rəhbərliyi Maneni 500 min avro məbləğində cərimələyib. 

31 yaşlı futbolçu mövsümün əvvəlində "Liverpul"dan 32 milyon avroya "Bavariya"ya transfer olunub. O, bu mövsüm 11 qola və 5 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->