Xəbər lenti

Komanda yoldaşını yumruqla vuran ulduz futbolçu qovulur?
İdman 20:38 18.04.2023

Komanda yoldaşını yumruqla vuran ulduz futbolçu qovulur?

2022-ci ilin yay transfer pəncərəsi çərçivəsində "Liverpul"dan "Bavariya"ya transfer olunan Sadio Mane klubda gözlənilən nəticəni verə bilməyib.

Qaynarinfo-nun məlumatına görə seneqallı futbolçunun "Mançester Siti" ilə matçdan sonra paltardəyişmə otağında komanda yoldaşı Leroy Sane ilə etdiyi mübahisə onun komandadan göndərilməsi ilə nəticələnə bilər. Hazırda "Bavariya”da Manenin komandada qalıb-qalmaması ilə bağlı müzakirələr aparılır. 

"Sky Germany" portalnın xəbərinə görə, Bundesliqa nəhənginin klubdaxili intizamı pozmasından sonra Manenin komandadan qovulması gündəmə gəlib. Məlumatda "Bavariya"nın Manedən yaxa qurtarmaq üçün hər şeyi edəcəyi bildirilir.  Hücumçunun yay transfer pəncərəsi zamanı klubu tərk edəcəyi ehtimalı yüksək görünür. Bundan başqa, 31 yaşlı futbolçuya maliyyə və idman sanksiyaları da tətbiq edilib.

Sane ilə mübahisə etdikdən sonra seneqallının 300 min avrodan çox cərimə ödədiyi və bu mənada klubun cəza rekordunu qırdığı bildirilib.

"Bavariya" ilə "Mançester Siti" arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçı sabah baş tutacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->