İdman 22:02 09.12.2023

Komanda yoldaşlarını tənqid etdi: "Məsuliyyət daşımalıdırlar"

"Tottenhem"in cənubi koreyalı ulduzu Henq-Min Son komanda yoldaşlarından narazılığını bildirib.

İngiltərə Premyer Liqasının 15-ci turunda "Tottenhem"in evdə "Vest Hem Yunayted"ə 2:1 hesabı ilə uduzmasından sonra komanda yoldaşlarından daha çox enerji istəyib və onları tənqid edib.

Matçdan sonra Son "The Daily Mail"ə açıqlamasında, "Bu oyunu uduzmaq yolverilməzdir. "Vest Hem"ə qarşı oynamaq həmişə çətindir, amma bu gün meydanda yumşaq idik. Premyer Liqada sonda nə olacağını bilmirsən. Ona görə də hesabda irəlidə olanda bunu bacarmalısan və bitirməlisən. Bu vəziyyət qəbuledilməzdir. Futbolçular məsuliyyət daşımalıdır. Azarkeşlər buna layiq deyillər. Xüsusilə evdə daha çox enerji ilə oynamaq lazımdır. Biz buna layiq olsaq da, olmasaq da, irəli getməli və sağalmalıyıq. Amma bu, azarkeşləri məyus edir" - sözlərini söyləyib.

Mövsümə çox yaxşı başlayan Şimali London komandası liqada keçirdiyi son beş qarşılaşmanın dördündə məğlub olub, birində heç-heçə edib.

London klubu hazırda 27 xalla liqada 5-ci yerdədir.

Səbuhi Həsənov