Xəbər lenti

Kreml Azərbaycan Prezidentinin Moskva səfərinin anonsunu verdi
Siyasət11:17 19.07.2021

Kreml Azərbaycan Prezidentinin Moskva səfərinin anonsunu verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri gözlənilir.
TASS agentliyi xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, işgüzar səfərdir. Biz mövqelərimizi uzlaşdırırıq”, - deyə Dmitri Peskov vurğulayıb.
Vladimir Putinin sözçüsü əlavə edib ki, səfər zamanı hər hansı sənədin qəbul edilməsi planlaşdırılmır.
Mənbə: Oxu.az