Xəbər lenti

Lalə Şövkətin partiyası fəallaşır - Yeni kadr təyinatları
Siyasət 10:50 27.01.2023

Lalə Şövkətin partiyası fəallaşır - Yeni kadr təyinatları

Professor Lalə Şövkət Hacıyevanının lideri olduğu Azərbaycan Liberal Partiyasında yeni struktur dəyişikliyi aparılıb.
 
Bu barədə Qaynarinfo-ya partiyanın sədri Əvəz Temirxan məlumat verib. 

Sədr təyinatların partiyanın növbəti qurultayı ilə bağlı olduğunu bildirib. Səfa Quliyev, Pərviz Hacıyev, Fəxrəddin Hüseynov, İlham Murtuzayev, Hacıağa Dadaşov, Taleh Əşrəfov və Əli Ağalarov partiya sədrinin müşaviri təyin edilib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->