Xəbər lenti

Latviyanın Silahlı Qüvvələri Belarus sərhədini pozdu (VİDEO)
Dünya17:11 30.08.2023

Latviyanın Silahlı Qüvvələri Belarus sərhədini pozdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Latviyanın Silahlı qüvvələri Belarus sərhədini pozub. Onlar Belarus ərazisinə iki metr girib, sonra geri qayıdıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
Dövlət Sərhəd Komitəsindən bildirilib ki, insident bu gün, avqustun 30-da Belarus və Latviyanın Vitebsk vilayətinin sərhədində yerləşən "Qriqorovşina” buraxılış məntəqəsində baş verib.
"Video kameraları hərbi geyimli iki naməlum şəxsin Belarus sərhədini qanunsuz keçmə anını qeydə alıb. Silahlı hərbçilər Belarus tərəfinə 2 metr daxil olub, sərhədi keçib, sonra yenidən öz ərazilərinə qayıdıblar”, - deyə sərhədçilər Latviya silahlı qüvvələrinin Belarus ərazisində olduqları müddətdə heç bir qanunsuz hərəkətə yol vermədiyini bildiriblər.
Qeyd olunur ki, Belarus tərəfi dərhal Latviya hakimiyyət və hüquq-mühafizə orqanlarını hadisə ilə bağlı məlumatlandırıb, onları gələcəkdə belə hadisələrin qarşısını almağa çağırıb.
Nizami Bağırov